Şriftin ölçüsü :

Saytın rəngi :

Avqustun 18-də İmişli Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

18 avqust 2026 | 13:22
    Bu gün İmişli rayonunun Heydər Əliyev Mərkəzində rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib. Konfransda İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, aparatın şöbə müdiri Elşad Quliyev, rayon Ağsaqqallar Şurasının sədri Ramiz Əmirov, Şuranın üzvləri, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları öncə İmişli şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda abidəsinin önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Konfrans başlamamışdan öncə Ulu Öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.
   Tədbirdə çıxış edənlər iştirakçıları salamlayaraq, İmişli rayonunun ağsaqqal və ziyalılarının ölkəmizin ictimai-mədəni həyatında mühüm rol oynadığını, onların fəal ictimai mövqeyinin və zəngin həyat təcrübəsinin gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, cəmiyyətimizdə xüsusi yeri və hörməti olan ağsaqqalların tövsiyə və məsləhətlərinə hər zaman ehtiyac vardır.
     Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ağsaqqallara böyük ehtiram və diqqət göstərdiyi vurğulanıb. Bildirilib ki, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu daha da artıb, onların cəmiyyətin müxtəlif sahələrində fəallığı dəstəklənib. Həmçinin qeyd olunub ki, ağsaqqallara göstərilən diqqət və qayğı hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ağsaqqalların ictimai həyatdakı fəallığının, onların milli-mənəvi dəyərlərin qorunması və gənc nəslin düzgün istiqamətdə formalaşmasında rolunun dövlət tərəfindən daim yüksək qiymətləndirildiyi diqqətə çatdırılıb. Daha sonra Rayon Ağsaqqallar Şurasının hesabatı dinlənilib və görülən işlər iştirakçılar tərəfindən qənaətbəxş hesab edilib.
Keçidlər