Şriftin ölçüsü :

Saytın rəngi :

Aşıq Ələsgər küçəsinin avtomobil yolu yenidən qurulub

22 iyul 2022 | 11:25
      İmişli şəhəri ərazisində avtomobil yollarının yenidən qurulması istiqamətində büdcədən ayrılmış vəsait hesabına görülən işlər davam etdirilir. Əhalinin kompakt yaşayış massivində və gediş-gəlişin çox olduğu nəzərə alınaraq şəhərin Aşıq Ələsgər küçəsinin avtomobil yollarında əsaslı təmir işlərinin aparılması məqsədəmüvafiq hesab edilib. Bu səbəbdən ümumilikdə uzunluğu 300 metr olan avtomobil yoluna 1800 kv.metr asfalt örtük qoyularaq sakinlərin istifadəsinə verilib.
      Qeyd edək ki, bu tədbirlərin icrası sözügedən ərazidə yaşayan əhalinin rahatlığını təmin edir və görülən işlərin vaxtında yekunlaşdırılması daima nəzarətdə saxlanılır.
(Aşıq Ələsgər küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)
 
 
 
Keçidlər