Şriftin ölçüsü :

Saytın rəngi :

Aranlı kəndində şəhid ailəsi yaşayan küçə asfaltlanıb

19 avqust 2022 | 16:51
  Şəhid ailələrinin və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin istiqamətlərindən birini təşkil edir. Dövlətimiz şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və hərbçilərimizə dərin ehtiramla diqqət və qayğı göstərir. Belə ki, görülən tədbirlər çərçivəsində torpaqlarımızın düşmən tapdağından azad olunmasında şücaət göstərərək vətəni ləyaqətlə qoruyaraq şəhadətin zirvəsinə yüksəlmiş şəhid Teymurov Şaiq Vidadi oğlunun ailə üzvlərinin yaşadığı İmişli rayonunun Aranlı kəndində kənddaxili yol abadlaşdırılaraq 2700 kv.m yeni asfalt örtüyü salınıb. Sözügedən yola qum-çınqıl materialları tökülərək mexaniki hamarlandıqdan sonra bərkitmə işləri aparılıb, sonra yeni asfalt-beton örtüyü döşənib.
  Qeyd edək ki, İmişli rayonunda şəhid ailələrinin yaşadıqları ünvanların hər birində təmirsiz yolların asfaltlanması işləri davam etdirilir.
Keçidlər