Aranlı kəndində 17.07.2024-cü il tarixdə sakinlərlə növbəti səyyar görüş keçirilib
İmişli rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə davamlı olaraq səyyar qəbullar keçirilir. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin vətəndaşlarla növbəti səyyar qəbulu 17 iyul 2024-cü il tarixdə rayonun Aranlı kəndində baş tutub. Görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının və əlaqədar xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Görüşdə çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq İmişli rayonunda abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü qəbul iştirakçılarının diqqətinə çatdırıb. Sonra sakinlərin müraciətləri dinlənilib və onları narahat edən məsələlər səsləndirilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.