Aranlı kəndində 17.03.2026-cı il tarixdə sakinlərlə səyyar görüş keçirilib
17 mart 2026 | 18:18
İmişli rayonunda sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılması məqsədi ilə davamlı olaraq səyyar qəbullar keçirilir. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin vətəndaşlarla növbəti səyyar qəbulu martın 17-də rayonun Aranlı kəndində baş tutub. Görüşdə icra başçısı ilə yanaşı idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak ediblər.
Görüşdə çıxış edən icra başçısı kənd sakinlərini salamlayaraq İmişli rayonunda abadlıq, quruculuq, təmir-bərpa işlərinin aparıldığını, bütün potensial imkanlar nəzərə alınmaqla bir çox layihələrin uğurla icra olunduğunu, sakinlər tərəfindən qaldırılan problemlərin həlli istiqamətində daim tədbirlərin görüldüyünü qəbul iştirakçılarının diqqətinə çatdırıb. O, həmçinin qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətilə sakinləri təbrik edərək onlara səmimi ürək sözlərini çatdırıb. Sonra sakinlərin müraciətləri dinlənilib və onları narahat edən məsələlər səsləndirilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar müvafiq göstərişlər verilib.






