Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Nəcməddin Savalanovun ildönümü qeyd olunub

09 may 2023 | 17:35
     Bu gün İmişlidə Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş kapitan Nəcməddin Savalanovun 7-ci ildönümü qeyd olunub. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri və rayonun hüquq mühafizə orqanlarının rəhbərləri kapitan Nəcməddinin ailəsi ilə görüşüb.
     Görüş zamanı icra başçısı çıxış edərək şəhidin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı vermiş, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan Nəcməddin Savalanovun xatirəsinin İmişlilərin qəlbində əbədi yaşayacağını qeyd edərək Aprel döyüşlərinin Azərbaycan xalqının mübarizliyinin, rəşadətli ordumuzun gücünün, qüdrətinin təntənəsi və Vətən müharibəsində Zəfərə gedən yolun başlanğıcı olduğunu qeyd edib. Şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənlərdən qisasının alındığını bildirib. Görüşdə Nəcməddinin ailəsi onunla qürur duyduğlarını bildirərək şəhidlərin ölməzliyindən, onların əziz xatirslərinin daim yad edilməsindən söz açıblar.
    Xatırladaq ki, Nəcməddin Savalanov 1985-ci il fevralın 26-da İmişli rayonunun Göbəktala kəndində anadan olub. 2016-cı il aprel ayının 2-də Qapanlı-Seysulan istiqamətində gedən döyüşlərdə ağır yaralansa da, may ayının 8-də şəhid olub. Şəhid kapitan doğulduğu Göbəktala kəndində 9 may 2016-cı il tarixdə son mənzilə yola salınıb.
      Allah rəhmət eləsin!
Keçidlər