Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Nəcməddin Savalanovun 9-cu ildönümü qeyd olunub

09 may 2025 | 17:42
   Mayın 9-da Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş kapitan Nəcməddin Savalanovun 9-cu ildönümü münasibətilə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev millət vəkili Səyyad Salahlı, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və SHXÇDX-nin İmişli rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elsevər Nağıyev ilə birlikdə rayonun Göbəktala kəndində kapitan Nəcməddinin ailəsi ilə görüşüb. Görüş zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub. Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbi qulluqçularımızın döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb. Bildirilib ki, Aprel döyüşlərində qazanılan qələbənin davamı olaraq Vətən müharibəsi və Antiterror əməliyyatı zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalandırılıb, şəhidlərimizin qisası düşməndən alınıb. Nəcməddinin ailə üzvləri onun igidliyindən, cəsurluğundan, vətənsevərliyindən danışıblar, həmçinin dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısına görə razılıqlarını bildiriblər.
     Allah rəhmət eləsin!
Keçidlər