Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Nəcməddin Savalanovun 8-ci ildönümü qeyd olunub

09 may 2024 | 12:12
     Mayın 9-da İmişli rayonunun Göbəktala kəndində Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş kapitan Nəcməddin Savalanovun 8-ci ildönümü qeyd olunub. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və RİH-nin məsul şəxsləri şəhidimizin ailəsi ilə evində görüşüb. Görüş zamanı icra başçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Aprel döyüşlərinin Azərbaycan xalqının mübarizliyinin, rəşadətli ordumuzun gücünün, qüdrətinin təntənəsi olduğunu və Vətən müharibəsində Zəfərə gedən yolun başlanğıcı olduğunu qeyd edib. Şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənlərdən qisasının alındığını bildirib. Görüşdə Nəcməddinin ailəsi onunla qürur duyduqlarını bildirərək şəhidlərin ölməzliyindən, onların əziz xatirələrinin daim yad edilməsindən söz açıblar.
      Allah rəhmət eləsin!
Keçidlər