Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel şəhidi Nəcməddin Savalanovun 10-cu ildönümü qeyd olunub

09 may 2026 | 14:05
     Bu gün İmişlidə Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş kapitan Nəcməddin Savalanovun 10-cu ildönümü qeyd olunub. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-nin məsul şəxsləri və ictimaiyyət nümayəndələri rayonun Göbəktala kəndində şəhidimizin ailəsini ziyarət ediblər.
   Görüş zamanı vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi böyük ehtiramla yad olunub. Aprel döyüşlərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbi qulluqçularımızın döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb. Bildirilib ki, Aprel döyüşlərində qazanılan qələbənin davamı olaraq Vətən müharibəsi və Antiterror əməliyyatı zamanı Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu döyüş əməliyyatları nəticəsində işğaldan azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalandırılıb, şəhidlərimizin qisası düşməndən alınıb.
    Səmimi söhbət zamanı Nəcməddinin ailə üzvləri onunla qürur duyduqlarını bildirərək şəhidlərimizin ölməzliyindən, onların əziz xatirəsinin daim ehtiramla yad edilməsindən danışıblar. Şəhidimizin doğmaları hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə minnətdarlıqlarını ifadə ediblər.
Allah rəhmət eləsin!
Keçidlər