Allahmədətli kəndində 08.10.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş keçirilib
Oktyabrın 8-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun Allahmədətli kəndində sakinlərlə səyyar görüş keçirib. Görüşdə RİH başçısı ilə yanaşı, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri, Allahmədətli, eləcə də Telişli kənd sakinləri iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən icra başçısı əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək belə səyyar görüşlərin davamlı olduğunu bildirib. O, həmçinin ölkə başçısı tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlardan danışaraq bütün bunların vətəndaşlara olan dövlət qayğısının göstəricisi olduğunu bildirib. Sonra sakinlərin müraciətləri dinlənilib və onların narahat edən məsələlərin həll olunması üçün müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə əlaqədar aidiyyəti üzrə rəhbər orqanlara müraciət edilməsi üçün müvafiq göstərişlər verilərək nəzarətə götürülüb. Səmimi söhbət əsasında keçən görüşdə sakinlər diqqət və qayğıya görə razılıqlarını bildiriblər.