Ağaməmmədli kəndində vətəndaşlarla növbəti səyyar görüş keçirilib
Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev tərəfindən rayonun qəsəbə və kəndlərində mütəmadi olaraq vətəndaşların səyyar qəbulu davam edir. İcra başçı bu dəfə Ağaməmmədli kəndində sakinlərlə səyyar görüş keçirib. Səyyar görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən icra başçısı regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində İmişli rayonunda aparılan abadlıq və yenidənqurma işləri haqqında vətəndaşlara məlumat verib. Belə görüşlərin əsas məqsədinin sakinlərin problemlərini yerində öyrənmək və onların operativ şəkildə həllinə nail olmaq olduğunu vurğulayan icra başçısı daha sonra sakinlərlə kəndin ümumi problemlərini müzakirə edib. Qəbulun sonunda kənd sakinləri onların problemlərinin həlli ilə bağlı yerlərdə keçirilən görüşdən razı qaldıqlarını bildiriblər.