Şriftin ölçüsü :

Saytın rəngi :

Ağaməmmədli kəndində 03.07.2024-cü il tarixdə vətəndaşlarla səyyar görüş baş tutub

03 iyul 2024 | 18:45
   İyulun 3-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun Ağaməmmədli kəndində sakinlərlə səyyar görüş keçirib. Görüşdə icra başçısı ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
  Giriş nitqi ilə çıxış edən icra başçısı sakinləri salamlayaraq rayon ərazisində hər həftə səyyar-qəbulların keçirildiyini bildirib və qəbulların keçirilməsinin əsas məqsədinin yerlərdə ortaya çıxan problemlərin öyrənilməsi, həmçinin həlli istiqamətində lazımi addımların vaxtında atılması ilə bağlı olduğunu qeyd edib, eyni zamanda rayon sakinlərinin rahatlığının təmin olunması ilə əlaqədar görülən işlər barədə sakinlərə ətraflı məlumat verib. Sonra vətəndaşların müraciətləri dinlənilib, irəli sürülən müraciət, təklif və şikayətlərin bəziləri icra başçısının göstərişi ilə yerindəcə həll edilib, digərlərinin həll edilməsi istiqamətində aidiyyəti təşkilatlara tapşırıq və göstərişlər verilib.
Keçidlər