Ağamalılar kəndində vətəndaşlarla səyyar görüş keçirilib
11 aprel 2023 | 19:13
Aprelin 11-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun hüquq-mühafizə, idarə, müəssisə və digər xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə Ağamalılar kənd sakinləri ilə səyyar görüş keçirib, onların müraciətlərini dinləyib.
Giriş nitqi ilə çıxış edən icra başçısı kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, keçirilən səyyar görüşlərin əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək olduğunu bildirib. Qeyd edib ki, ölkə başçısının xüsusi tapşırıq və göstərişlərinə uyğun olaraq dövlət məmurları xalqın xidmətçisi kimi yerlərdə vətəndaşlarla birbaşa, vasitəçi olmadan görüşlər keçirirlər. İcra başçısı bütün görüşlərdə səsləndirilən məsələlərin şəxsən onun nəzarətində olduğunu vurğulayıb. Qəbulda iştirak edən sakinlərin hər birini ayrılıqda dinləyən icra başçısı qaldırdıqları bütün məsələlərin həlli üçün müvafiq tədbirlər görüləcəyini diqqətə çatdırıb.