Şriftin ölçüsü :

Saytın rəngi :

Ağamalılar kəndində 16.12.2025-ci il tarixdə vətəndaşlarla səyyar görüş baş tutub

16 dekabr 2025 | 19:17
   Dekabrın 14-də İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev rayonun hüquq-mühafizə, idarə, müəssisə və digər xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə Ağamalılar kənd sakinləri ilə səyyar görüş keçirib, onların müraciətlərini dinləyib.
   Qəbul zamanı çıxış edən icra başçısı sakinləri salamlayaraq son illərdə İmişli rayonunda aparılan yenidənqurma işləri ilə bağlı sakinlərə ətraflı məlumat verib. Sonra səyyar qəbulda vətəndaşlar dinlənilib. Vətəndaşların qaldırdıqları məsələlərin həlli istiqamətində müvafiq tədbirlər görülməsi üçün qeydiyyata alınıb və aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verilib. Görüşün sonunda icra başçısı səsləndirilən bütün məsələlərə həssaslıqla yanaşılacağını və mövcud problemlərin mümkün qədər qısa müddətdə həll ediləcəyini bildirib, qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ili münasibətilə kənd sakinlərini təbrik edib.
Keçidlər