Şriftin ölçüsü :

Saytın rəngi :

“Açıq mikrofon” aksiyası Hacırüstəmli kəndində keçirilib

07 sentyabr 2023 | 17:39

  Sentyabrın 7-də SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” İmişli rayonunda təşkil olunub. Aksiyaya qatılan rayonun Hacırüstəmli kənd sakinləri qaz təchizatında üzləşdiyi problem və təkliflərini ünvanlayıblar. Müraciətlər, fərdi yaşayış evinə quraşdırılan sayğacın yenisi ilə əvəzlənməsi, orta məktəbin və məscidin qazlaşdırılması kimi məsələlərlə bağlı olub. Son iki müraciətlə bağlı vətəndaşlara məlumat verilib ki, sakinlər məsələ ilə əlaqədar lazımi sənədləri müvafiq qurumlara təqdim etməlidirlər. SOCAR “Azəriqaz” İB isə yalnız bundan sonra həmin qurumların verdiyi sənədə əsasən qazlaşdırma işlərini həyata keçirir. Görüşdə səsləndirilən bütün problem və təkliflərin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.

Keçidlər