Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü qeyd edilib

27 aprel 2022 | 16:00

Bu gün İmişli Rayon İcra Hakimiyyəti və YAP İmişli rayon təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-ci ildönümünə həsr olunmuş konfrans keçirilib. İlk öncə akademikin həyat və fəaliyyəti ilə bağlı hazırlanmış “Oftolmologiyanın mirvarisi” filminə baxış olub.

Tədbirdə çıxış edən İmişli RİH başıçısı Elçin Rzayev oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən bəhs edib. Bildirib ki, Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Zərifə Əziz qızı Əliyeva böyük xidmətlərinə, çoxillik elmi – tədqiqat işlərinə görə bir sıra orden və medallara layiq görülüb, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını alıb. Akademik respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. İcra başçısı alimin elmi-pedaqoji və ictimai fəaliyyətinin həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyi, bundan sonra da təsir göstərəcəyini qeyd edib. YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev çıxışında dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca zirvələrini fəth edən Zərifə xanım Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə öz sanballı möhürünü vurub. Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir.

Konfransda digər çıxış edənlər akademik Zərifə xanım Əliyevanın gənc nəslin təlim-tərbiyəsində yüksək səviyyəli tibb işçilərinin, layiqli Vətən övladlarının hazırlanmasında, həkim-oftalmoloqların ixtisaslarının ilbəil artırılmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlərindən söz açıblar.

Keçidlər