Şriftin ölçüsü :

Saytın rəngi :

Ölcələr kəndində səyyar görüş-qəbul keçirilib

12 aprel 2022 | 16:00

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr İmişli RİH rəhbərliyinin gündəlik fəaliyyətinin əsasını təşkil edir. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin və aparatın rəhbər işçilərinin keçirdikləri şifahi qəbullarla yanaşı mövcud problemləri yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə bu gün rayonun Ölcələr kəndində səyyar qəbul-görüş keçirilib. RİH-nin məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatları rəhbərlərinin iştirakı ilə keçirilən səyyar qəbul-görüşü sakinlər razılıqla qarşılayıblar. Səyyar qəbulda sakinlərin tam sərbəst şəkildə söylədikləri arzu və təkliflər həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.

Qəbulun sonunda sakinlər qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri yüksək qiymətləndiriblər. Onlar kəndin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə, yolların asfaltlanmasına, elektrik enerjisinin fasiləsiz verilməsinə görə ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

Keçidlər