Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə iməclik işləri aparılıb

02 aprel 2022 | 16:00

Bu gün İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İmişli şəhərinin Zəfər prospektində və İmişli-Kürdəmir dolama yolunda iməclik təşkil olunub. İməclik ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi və ərazinin gözəlləşməsi məqsədilə həyata keçirilib. İməclikdə rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, Kommunal Müəssisələr Kombinatının ərazilərə dislokasiya olunan işçiləri iştirak ediblər. Ərazilər və yol kənarları tullantılardan təmizlənib, zibilliklər ləğv edilib, eyni zamanda digər abadlıq işləri görülüb. Bununla yanaşı küləyin təsiri ilə ərazilərə səpələnən müxtəlif məişət tullantıları toplanaraq ərazidən uzaqlaşdırılıb.

Bütün bu görülən işlərə baxmayaraq yol kənarlarına yenə də tullantılar atılır, yaşayış məntəqələrinin ətrafında kütləvi zibilliklər yaranır. Ona görə də rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.

Keçidlər