Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərinin H.Əliyev prospektində və A.Şadlinski küçəsindəki abadlıq-quruculuq işləri başa çatdırılıb

29 mart 2022 | 16:00

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində İmişli rayonu ərazisində yol infrastrukturunun yenilənməsi prosesi davam etdirilir. Belə ki, İmişli şəhərinin H.Əliyev prospektinin və A.Şadlinski küçəsinin avtomobil yollarında yolayrıcı zolağın inşası tam başa çatdırılıb. Layihə üzrə görülən işlər yol elementlərinin tələb olunan ölçülərinin müvafiq normalarına uyğun nəzərə alınmaqla aparılıb və hərəkət zolaqlarının ölçüləri 6,5-7,0 metr olmaqla normativ qaydaların tələblərinə uyğun saxlanılıb. Bundan əlavə ayrıc zolağında müasir işıqlandırma sistemi quraşdırılıb və elektrik dirəklərində rənglənmə işləri aparılıb.

Qeyd edək ki, İmişli rayonu ərazisindəki yol infrastrukturunda yenidənqurma işləri mütəmadi aparılır.    

(H.Əliyev prospektinin, A.Şadlinski küçəsinin əvvəlki və sonrakı fotoşəkillərini təqdim edirik)

Keçidlər