Şriftin ölçüsü :

Saytın rəngi :

Aranlı kəndində səyyar qəbul-görüş keçirilib

16 mart 2022 | 16:00

15 mart 2022-ci il tarixdə İmişli  Rayon  İcra  Hakimiyyətinin başçısı Elçin Rzayev növbəti səyyar qəbulunu Aranlı kənd sakinləri ilə keçirib. RİH-nin məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, əlaqədar xidmət təşkilatları rəhbərlərinin və kənd sakinlərinin iştirak etdikləri görüşdə RİH başçısı kənd sakinlərini salamlayıb, səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu vurğulayıb.

İcra başçısı həmçinin ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında respublikamızda koronavirus infeksiyası ilə mübarizə sahəsində görülən işlərin bu gün də uğurla davam etdirildiyini qeyd edib. Məhz bu tədbirlər sayəsində əldə olunmuş nailiyyətlərə görə bu gün ölkəmizdə Operativ Qərargah tərəfindən xüsusi karantin rejimi çərçivəsində növbəti yumşalma tədbirləri barədə qərar qəbul edildiyini söyləyib. Diqqətə çatdırılıb ki, görülən bütün bu işlər, həyata keçirilən tədbirlər yalnız bir amala, əhalimizin yaxşı yaşamasına, insanlarımızın sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Sonra səyyar qəbulda vətəndaşlar dinlənilib. Sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

 

Keçidlər