8 mart–Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan qadınlarına təbrik
Hörmətli xanımlar!
Azərbaycan qadını zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlamışdır. Tarix boyu özünün müdrikliyi, işgüzarlığı və saflığı ilə keçmişimizə parlaq səhifələr yazmışdır. Müstəqil ölkəmizin qazandığı bütün böyük uğurlarda da qadınların misilsiz xidmətləri vardır. Bu bayramın xalqımızın həyatında mühüm hadisəyə çevrilməsi Azərbaycan qadınının cəmiyyətimizin müasir simasının müəyyənləşməsində əhəmiyyətli yerinin və ictimai mövqeyinin olmasıdır. Azərbaycan qadını yurdumuzun hər qarışını canından əziz bilən bir nəsil yetişdirmişdir. Həmin rəşadətli nəsildir ki, ümidləri doğruldaraq uzun həsrətdən sonra Qarabağın Ana Vətənə qovuşmasında, ədalətin bərpa edilməsində və məğrur xalqımıza Zəfər sevincinin yaşadılmasında müstəsna payı vardır. Şəhid analarına və xanımlarına İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından ən xoş arzularımızı çatdırırıq və bütün xanımları Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, ailə səadəti arzulayırıq.
Uca Tanrı sizi və doğmalarınızı qorusun!