İmişlidə daha bir modul tipli məktəb istifadəyə verilib
Bu gün İmişli rayonunun Məmmədli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Mirzəyev Mahir Mirzə oğlunun adını daşıyan yeni modul tipli məktəb istifadəyə verilib.Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev, kənd ictimaiyyətinin nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Açılış mərasimində RİH başçısı Elçin Rzayev müəllim və şagirdləri, valideynləri yeni məktəb binasının açılışı münasibətilə təbrik edib, əsasını ulu öndər Heydər Əliyevin qoyduğu milli təhsil siyasətinin bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. O, qeyd edib ki, Məmmədli kənd tam orta məktəbinin əvvəlki binası 1988-ci ildə inşa edilib. O dövrdən heç vaxt təmir olunmayan məktəb artıq müasir tələblərə cavab vermirdi, eyni zamanda tədris üçün yararsız vəziyyətə düşmüşdü. Şagirdlərimizin belə müasir məktəbdə çox yaxşı oxumalarını, cəmiyyətə layiqli vətəndaş və ixtisaslı kadr kimi yetişmələrini vurğulayaraq bunun üçün təhsil ocağında hər cür şərait yaradıldığını bildirib. Məktəbin direktoru Bayram Bayramov Məmmədli kəndində yeni məktəb binasının istifadəyə verilməsini valideynlərin, şagirdlərin böyük sevincinə səbəb olduğunu vurğulayaraq, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, yeni istifadəyə verilən modul tipli məktəb 96 şagird yerlikdir. Məktəbdə 9 sinif otağı, müəllimlər otağı, kitabxana, istilik sistemi, sanitar qovşağı istifadəyə verilib və həyətində abadlıq işləri aparılıb.