Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə modul tipli məktəbin açılış mərasimi keçirilib

09 fevral 2022 | 16:00

Bu gün Birinci Qarabağ müharibəsi şəhidi Məmmədov Süleyman Quluş oğlunun adını daşıyan Axıcanlı kənd tam orta məktəbinin açılış mərasimi keçirilib. Mərasimdə İmişli Rayon İcra Hakimiyyəti başçısı Elçin Rzayev, Aparatın məsul işçiləri, Rayon Təhsil şöbəsinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Öncə tədbir qonaqlarının və məktəbin fəal şagirdi Sevda Məmmədlinin iştirakı ilə məktəbin rəmzi açılış lenti kəsilib. Mərasimdə çıxış edən icra başçısı məlumat verərək bildirib ki, Axıcanlı kənd tam orta məktəbinin əvvəlki binası 1972-ci ildə inşa edilib. O dövrdən heç vaxt təmir olunmayan məktəb artıq müasir tələblərə cavab verməməklə yanaşı, tədris üçün yararsız vəziyyətə düşmüşdü. Prezident cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkədə təhsilin inkişafına göstərdiyi diqqət, bu sahədə həyata keçirdiyi islahatlar Axıcanlı kənd tam orta məktəbinin həyatında da mühüm rol oynadı. Belə ki, yeni modul tipli məktəb binası inşa olundu, artıq istismara hazırdır və burada görülən işlər yüksək səviyyədə yerinə yetirilib. Digər çıxış edənlər də təhsilin inkişafına xüsusi önəm verildiyi üçün öz minnətdarlıqlarını bildiriblər. Sonra müasir və işıqlı sinif otaqlarının olduğu məktəbdə təlim və tədrisin yüksək səviyyədə aparılması üçün yaradılan şəraitlə tanış olunub.

Qeyd edək ki, fəaliyyətə başlayan modul tipli məktəb 132 şagird yerlik və 2 növbəlidir. Məktəb müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilib, həyətində abadlıq işləri aparılıb.

Keçidlər