Ötən gün İmişlidə “İlham Əliyev–davamlı inkişaf modelinin müəllifi” adlı mövzusunda konfrans keçirilib
Öncə Ulu Öndərimiz Heydər Əliyevin abidəsinin önünə tər gül-çiçək dəstələri qoyulub, sonra Heydər Əliyev Mərkəzinin iclas zalında tədbir başlayıb. YAP İmişli rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Səfa Ağayev dəvət olunan qonaqları və konfrans iştirakçılarını salamlayaraq “İlham Əliyev–davamlı inkişaf modelinin müəllifi” adlı videoçarxa baxmağa dəvət olunublar. Səfa Ağayev çıxış edərək bildirib ki, Azərbaycan xalqı dünyanın xoşbəxt xalqlarından biridir, çünki qələbəyə götürən İlham Əliyev kimi bir lideri var. Bu gün cənab İlham Əliyev XXI əsrin siyasi liderlik keyfiyyətlərini özündə mükəmməl portretini cəmləşdirən bir liderdir. O, istər klassik, istərsə də müasir dövrün liderlik keyfiyyətlərini özündə birləşdirən şəxsdir. Cənab İlham Əliyev bütün dünyada çox az təsadüf edilən liderlərdəndir ki, cəmiyyət can atdığı, özünə rəhbər seçdiyi şəxsiyyətdə görmək istədiyi bir çox cəhətləri həm mənəvi-siyasi lider, həm güclü sərkərdə, həm mahir diplomat, həm bacarıqlı idarəçi, həm də qurucu rəhbər obrazlarını onun siyasi portretində tapa bilir.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev çıxış edərək bildirib ki, bu gün ölkəmizin uğurlu inkişafı prezident cənab İlham Əliyev tərəfindən əminliklə davam etdirilir. Hələ 2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deyən cənab İlham Əliyev ötən 18 ildə cəmiyyətdə mütləq çoxluğun böyük rəğbət və etimad göstərdiyi liderə çevrilmişdir. Ötən 18 ilin reallıqları Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, gələcəyə hesablanan güclü dövlət konsepsiyası ilbəil uğurla gerçəkləşdirilmişdir. Prezident İlham Əliyev müa¬sir dünyanın rasional hesablama aparmağı bacaran, nadir praqmatik siyasətçilərindəndir. Dəfələrlə sü¬but olunmuşdur ki, onun hansı ad¬dımı nə zaman atacağını özündən başqa heç kim bilmir. İlham Əliyev ətrafındakıları və onu sevənləri yaxşı mənada təəccübləndirməyi bacaran, planlarını özündən başqa kimsənin proqnozlaşdıra bilməyəcəyi nadir siyasətçi, əsl dövlət xadimidir.
Konfransda iştirak edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran qeyd ediblər ki, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 18 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı.
Tədbirin sonunda İmişli şəhərində yerləşən Şəhidlər Xiyabanı qonaqların iştirakı ilə ziyarət olunub, şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.