Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərinin daha bir küçəsindəki piyada səkilərində yenidənqurma işləri başa çatdırılıb

16 dekabr 2021 | 16:00

Son dövrdə İmişli şəhərində mütəmadi aparılan abadlıq işləri ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə yaxşılaşmasına səbəb olub. Belə ki, yenidənqurma işləri çərçivəsində görülən işlərin davamı olaraq şəhərin Xanhüseyn Bəylərov küçəsindəki səkilərdə genişmiqyaslı təmir-bərpa işləri aparılıb. Piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün səkilərə 1200 metr yeni səki daşları və 2000 kv. metr müasir döşəmə plitə üzlük daşları qoyulub. Həmçinin qeyd olunan ərazidə yağış sularının axıdılması üçün şəbəkə də yaradılıb. Görülən işlər sakinlər tərəfindən sevinclə qarşılanıb.

Qeyd edək ki, İmişlidə aparılan yenidənqurma işləri müntəzəm xarakter daşıyır.

 

Keçidlər