Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə “Talessemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib

16 dekabr 2021 | 16:00

Bu gün İmişli rayonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına dəstək vermək, eyni zamanda, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın insanları könüllü qanvermə aksiyalarına qoşulmaq çağırışına cavab olaraq, hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək, xüsusilə pandemiya nəticəsində azalan qan ehtiyatını artırmaq məqsədi ilə İmişli rayon Mərkəzi Xəstəxanasında könüllü qanvermə aksiyası keçirilib. Aksiyada İmişli Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də rayon sakinləri iştirak ediblər.

Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara köməklik edilməsi məqsədilə keçirilən tədbirdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Tibbi personalın yoxlamasından sonra tam sağlam olan vətəndaşlardan qan götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaqdır.

Aksiyada iştirak edənlər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qan verməyin xeyirxah və savab iş, belə aksiyalarda yaxından iştirak etməyin isə vətəndaşlıq borcu olduğunu qeyd ediblər.

 

Keçidlər