Şriftin ölçüsü :

Saytın rəngi :

Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü canından əziz bildiyi doğma xalqının xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin vəfatının 18-ci ildönümü İmişli rayonunda da qədirbilənliklə yad edilib

12 dekabr 2021 | 16:00

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir. Bu münasibətlə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda onun abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.

Rayon sakinləri ulu öndərin Vətən və xalq qarşısındakı xidmətlərini minnətdarlıqla xatırlayır, onun əziz xatirəsini daim uca tuturlar. Bu dahi insan imişlililərin yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalqının məhəbbətini qazanan öndər kimi qalıb.

Allah rəhmət eləsin!

Keçidlər