Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərindəki piyada səkilərində yenidənqurma işləri aparılır

01 dekabr 2021 | 16:00

İmişli şəhərinin şəhid Nəcməddin Savalanovun adını daşıyan küçəsində abadlıq işləri başa çatdırılıb. Belə ki, həmin küçədə piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün səkilərə 2600 metr yeni səki daşları və 4550 kv.metr döşəmə plitə üzlük daşları qoyulub. Eyni zamanda səkilərdə əlil arabaları üçün panduslar düzəldilib, yağış sularının axıdılması üçün su ötürücülər yaradılıb. Bununla yanaşı vaxtilə yöndəmsiz vəziyyətdə olan və sakinlərin hərəkətinə maneə yaradan metal borulardan ibarət olan daşıyıcı qaz xətləri normal vəziyyətə gətirilib. Aparılan işlər rayon əhalisi tərəfindən sevinclə qarşılanıb.

Hal-hazırda abadlıq işləri şəhərin Xanhüseyn Bəylərov küçəsində aparılır və görülən işlər yekunlaşmaq üzrədir.

 

Keçidlər