“Narkomaniyaya yox deyək” adlı profilaktik görüş keçirildi
İmişli Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə İmişli şəhər N.Şirinov adına 5 saylı məktəb–liseyində “Milli Fəaliyyət Planı”nın icrasına uyğun olaraq, narkotik vasitələr, psixotrop maddələr və onların qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində tədbirlər və maarifləndirmə işinin həyata keçirilməsi, zərərli vərdişlərdən gənclərin qorunması barədə məktəbin yuxarı sinif şagirdləri ilə “Narkomaniyaya yox deyək” adlı profilaktik görüş keçirilmişdir. Görüşdə İmişli şəhər N.Şirinov adına 5 saylı məktəb–liseyin direktoru Valide Zülfüqarova, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rüfət Muradov, eyni zamanda İmişli RPŞ-nin əməkdaşı Toğrul Həşimov çıxış edərək narkomaniyanın törətdiyi faciələr və narkomaniyanın mənfi nəticələri barədə geniş məlumat verdilər. Daha sonra şəhər N.Şirinov adına 5 saylı məktəb–liseyin psixoloq müəllimi Taciyəxanım İmanovanın təqdimatında narkomaniyanın fəsadları və acı nəticələri barəsində şagirdlərə videoçarx nümayiş olundu.
Tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, onları belə neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdan ibarətdir.
Qeyd edək ki, görüş pandemiya qaydalarına uyğun olaraq keçirilmişdir.