Şriftin ölçüsü :

Saytın rəngi :

YAP İmişli rayon təşkilatı, partiyanın təsis edilməsinin 29-cu ildönümü ilə bağlı” Yeni Azərbaycan Partiyası dayanıqlı inkişafın və siyasi sabitliyin təminatçısıdır” adlı konfrans keçirdi

18 noyabr 2021 | 16:00

18 noyabr 2021-ci il tarixində YAP İmişli rayon təşkilatının təşəbbüsü ilə partiya  fəallarının  iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsinin, 29-cu ildönümü ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin abidəsi qarşısında  anım mərasimi keçirilmiş, abidənin önünə gül-çiçək dəstələri qoyulmuş, daha sonra Şəhidlər xiyabanında  şəhidlərimizin xatirələri yad edilərək  məzarları ziyarət edilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Səfa Ağayev və partiya fəalları iştirak etmişlər.

Daha sonra, İmişli rayon Heydər Əliyev mərkəzində tədbir davam etmişdir. Tədbir iştirakçıları ilk öncə Ulu Öndər, Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra tədbiri giriş sözü ilə açan YAP İmişli rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən S.Ağayev Vətən müharibəsində qazanılan şanlı qələbə münasibətilə  tədbir iştirakçılarını təbrik etdi, şəhidlərimizə Allahdan rəhmət dilədi.

Rayon təşkilatının sədri səlahiyyətlərini icra edən Səfa Ağayev çıxışında Ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının təsis edilməsi və respublikada güclü siyasi qüvvəyə çevrilməsi yolundakı əvəzedilməz fəaliyyətindən danışaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev bütün sahələrdə olduğu kimi partiya quruculuğu sahəsində də Heydər Əliyev siyasi kursunu uğurla davam etdirmişdir. Bunun nəticəsidir ki, hazırda Yeni Azərbaycan partiyası nəinki ölkəmizdə, hətta bütün regionda ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrilmişdir. Ölkəmizdə sosial-iqtisadi sahədə gedən inkişafda, quruculuq sahəsində nəhəng layihələrin reallaşmasında Yeni Azərbaycan Partiyası fəal iştirak edir.

Daha sonra  Yeni Azərbaycan Partiyasının təsis edilməsinin  29-cu ildönümü ilə bağlı konfransda çıxış edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev bildirmişdir ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin sədrliyi və Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu 550 nəfərdən ibarət təşəbbüs qrupunun iştirakı ilə konfrans keçirildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.RİH başçısı çıxışında bildirib ki, Heydər Əliyev siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi YAP-ın sonrakı inkişafını şərtləndirən əsas amil olub. YAP-ın əldə etdiyi qələbələr Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır və bunun bariz nümunəsi kimi, Azərbaycanın Silahlı Qüvvələri ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı və tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Ötən hər gün bizi Vətən müharibəsindən zaman etibarilə uzaqlaşdırsa da, hərbçilərimizin şücaəti, canı, qanı bahasına qazanılan bu qələbə hər bir azərbaycanlı üçün son dərəcə əziz və qiymətlidir. Biz düz üç onillik ərzində torpaqlarımızın işğaldan azad ediləcəyinin ümidi ilə yaşamışdıq və qələbə müjdəsini gözləmişdik. Arzularımız 44 günlük Vətən müharibəsində çin oldu və biz böyük Qələbənin sevincini yaşadıq. Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin  ən layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı  səhifələri yazılır.

Tədbir YAP Gənclər Birliyinin üzvlərinin çıxışları ilə davam edib.

 

Keçidlər