Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərinin 7 saylı tam orta məktəbi əsaslı şəkildə yenidən qurulub

12 noyabr 2021 | 16:00

İmişli rayonunda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi daima diqqət mərkəzindədir. Hazırda Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən tədbirlər çərçivəsində İmişli şəhəri Aslan Eminov adına 7 saylı qəzalı vəziyyətdə olan məktəbin sökülərək yerində 800 şagird yerlik tam orta məktəb binasının tikintisi başa çatmaq üzrədir. İnşa olunan məktəb binası 3 mərtəbə, 3 korpusdan ibarətdir və ümumi tikinti sahəsi 2842.6 kv.metr təşkil edir. Bununla yanaşı məktəbin ərazisində hər biri 50 kub metr  olmaqla yeraltı içməli və yanğın su rezervuarı, komplekt transformator yarımstansiyası, mini futbol meydançası, qazanxana və digər xidməti binaların inşası tamamlanıb. Binada müasir tələblərə uyğun 300 nəfərlik akt zalı, müəllimlər otağı, sinif otaqları, laborotoriyalar, kitabxanalar, oxu zalı, sanitar qovşaq və layihə üzrə digər otaqlar nəzərdə tutulub. Eyni zamanda məktəb mebel dəstləri və inventar avadanlıqlarla təmin ediləcək. Hazırda məktəbin ərazisində dekorativ ağaclar əkilir, yaşıllıqlar salınmaqla son tamamlanma işləri aparılır.

Qeyd edək ki, məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaqdır.

Keçidlər