Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəbəqədər təhsilin inkişafı İmişlidə diqqət mərkəzindədir

12 noyabr 2021 | 16:00

Dinamik inkişaf edən ölkəmizdə gələcək nəslin sağlam böyüməsi, hərtərəfli inkişafı məktəbəqədər təhsil müəssisələrindən olan uşaq bağçalarının və körpələr evlərinin genişləndirilməsi, onların təlim-tərbiyə prosesində fəal iştirakının təmin olunmasıdır. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı” çərçivəsində İmişli şəhərinin Şəhriyar küçəsi 15 saylı ünvanda yerləşən, qəzalı vəziyyətdə olan uşaq bağçasının sökülərək yerində 60 yerlik körpələr evi-uşaq bağçası binasının tikintisi artıq başa çatmaq üzrədir. Uşaq bağçasına məxsus 0.5 ha ərazidə ümumi tikinti sahəsi 943.23 kv.metr olan körpələr evi-uşaq bağçası, hər biri 150 kv.metr olmaqla 2 oyun meydançası, 250 kv.metr idman meydançası, yeraltı içməli və yanğın su anbarı, qazanxana və nasosxana binaları inşa edilib. Bağça binasında müasir tələblərə uyğun geyim, yataq, komputer, bufet, idman, musiqi, sanitar qovşaq və duş otaqları yaradılıb. Layihə üzrə bağça binasının mebel, inventar və avadanlıqlarla, eyni zamanda komputer dəstləri ilə təmin olunması nəzərdə tutulub.

Hazırda binanın ərazisində gediş-gəliş və yaşıllıq zolaqları salınmaqla son tamamlanma işləri aparılır.

Keçidlər