Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Mədəniyyət işçiləri ilə görüş keçirilib

05 noyabr 2021 | 16:00

Bu gün İmişli Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon Mədəniyyət mərkəzinin işçiləri ilə görüş keçirilib. Görüş zamanı RİH başçısı Elçin Rzayev çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti xalqımızın milli dəyərlərini qorumağa, təbliğ etməyə yönəldilmişdir. Ümummilli liderin siyasi kursunun davamçısı prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə mədəniyyət sahəsində də əsaslı islahatlar aparılmış, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılmışdır-deyə icra başçısı qeyd edib. Sonra fəaliyyətində fərqlənən 7 nəfər mədəniyyət işçisi RİH başçısı tərəfindən  “Fəxri  Fərman”la təltif olunub. Mədəniyyət işçiləri isə öz növbələrində göstərilən diqqət və qayğıya öz təşəkkürlərini bildirdilər.

Görüşün sonunda Mədəniyyət işçiləri ilə xatirə şəkli çəkdirilib.

Keçidlər