Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhərdaxili avtomobil yollarında əsaslı təmir işləri davam etdirilir

03 noyabr 2021 | 16:00

İmişli şəhərinin Natəvan küçəsinin avtomobil yollarında büdcədən ayrılmış vəsait hesabına aparılan əsaslı təmir işləri başa çatdırılıb. Sözügedən avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı. Artıq bu problem tam olaraq aradan qaldırılıb. Belə ki, ümumilikdə uzunluğu 750 metr olan avtomobil yoluna 4500 kv. metr asfalt örtük qoyularaq sakinlərin istifadəsinə verilib. Texnoloji ardıcıllığa uyğun aparılan yenidənqurma işləri ilə təbii ki, yolboyu həm vətəndaşların rahat gediş-gəlişi təmin olunmuş, həm də yük və sərnişin daşınma asanlaşmışdır.

Hazırda İmişlinin şəhərdaxili digər avtomobil yollarında əsaslı təmir işləri aparılır və görülən bu işlər müntəzəm xarakterlidir.

(Natəvan küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

 

Keçidlər