Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə daha bir şəhidimizin xatirəsinə həsr olunmuş bulağın açılışı olub

02 noyabr 2021 | 16:00

Bu gün İmişli rayonunun Qaralar kəndində 44 günlük Vətən müharibəsində şəhid olan Həsənov Nemət Emin oğlunun və digər şəhidlərimizin xatirəsini əbədiləşdirmək məqsədilə abidə-bulaq kompleksinin açılışı olub. Tədbir iştirakçıları əvvəlcə yeni yaradılan abidə-bulaq kompleksi ilə tanış olublar. Kompleksdə Nemətlə yanaşı,  Aprel döyüşlərində, eləcə də Birinci Qarabağ müharbəsində canından keçərək şəhidlik zirvəsinə ucalan Vətən oğullarının şəkilləri yer alıb.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev şəhidimizə Allahdan rəhmət, ailəsinə səbr diləyib. Nemət kimi qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacağını, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Nemətin xatirəsinin daim əziz tutulacağını bildirib. Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan İmişlinin igid oğullarının sırasında dayanan Nemətin təkcə doğma el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu, onunla hər kəsin qürur duyduğunu vurğulayıb. Digər çıxış edənlər bildiriblər ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidlərimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq. Sonra Nemətin ildönümü mərasimi keçirilib.

Qeyd edək ki, şəhidimiz 1992-ci il noyabr ayının 11-də İmişli rayonunun Qaralar kəndində anadan olub. Vətən müharibəsi zamanı Zəngilanın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Keçidlər