Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə daha bir şəhidimizin xatirəsinə həsr olunmuş bulağın açılışı olub

28 oktyabr 2021 | 16:00

İmişli rayonunun Otuziki kəndində Vətən müharibəsində şəhid olmuş XTQ giziri Quliyev Əli Tədbir oğlunun xatirəsinə inşa edilən bulağın açılışı olub. Açılış mərasimində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, RİH-in məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

Mərasimdə çıxış edən icra başçısı 44 günlük Vətən müharibəsində şanlı zəfər qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini qeyd edib. Bulağın inşa edilməsində əməyi keçən hər kəsə isə öz təşəkkürünü bildirib. Çıxış edənlər şəhidimizin göstərdiyi şücaətlərdən, qısa və şərəfli döyüş yolundan, onunla bağlı xatirələrindən danışıblar. Şəhidimizin atası Tədbir kişi isə prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını bildirib və göstərdikləri diqqətə görə minnətdarlığını bildirib. Otuziki kənd tam orta məktəbinin şagirdlərinin ifalarında isə şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib. Sonra Əlinin ildönümü mərasimi keçirilib.

Qeyd edək ki, şəhidimiz şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Cəsur döyüşçü", “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”  və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər