Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülür

28 oktyabr 2021 | 16:00

Bu gün İmişli rayonunun Şahverdili kəndində Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Bayramov Elnur Şəmsi oğlunun adının əbədiləşdirilməsi məqsədilə oxuduğu məktəbdəki sinif otağına onun adı verilib. Sinif otağında şəhidimizin həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb.

Tədbirdə iştirak edən İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu Zəfər çalıb və Elnur kimi oğullarımızın qanı, canı bahasına torpaqlarımız mənfur düşməndən azad edilib. “Şəhidlərin adlarını daim yaşatmaq, onların xatirəsini əziz tutmaq ən müqəddəs amalımızdır”-deyən icra başçısı sinif otağına şəhidin adının verilməsinin də məhz bu amala xidmət etdiyini bildirib. Tədbirdə digər çıxış edənlər sinif otağına şəhidimizin adının verilməsinin şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü, göstərilən etimadı doğrultmaq üçün təhsildə müvəffəqiyyət qazanmalarının və vətənpərvər olmalarının vacibliyini vurğulayıblar. Məktəblilər isə vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Daha sonra şəhidin evində yas mərasimi keçirilib.

Xatırladaq ki, Elnur Bayramov oktyabrın 28-də Şuşa istiqamətində Daşaltı uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elnur Bayramov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Keçidlər