Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərinin daha bir küçəsində asfaltlaşma işləri yekunlaşdırılıb

25 oktyabr 2021 | 16:00

İmişlidə şəhərdaxili avtomobil yollarında aparılan əsaslı təmir işləri davam etdirilir. Belə ki, növbəti təmir işləri şəhərin uzun müddətdir əsaslı təmir olunmayan Səməd Behrəngi küçəsində aparılıb. Sözügedən yol uzunmüddətli intensiv hərəkət nəticəsində deformasiyaya uğradığından hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Artıq bu problem öz həllini tapıb. Bütün işlər texnoloji ardıcıllığa riayət edilməklə aparılıb və uzunluğu 880 metr olan yola 4400 kv.metr asfalt örtük qoyularaq sakinlərin istifadəsinə verilib.

Qeyd edək ki, yol infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi istiqamətində İmişli rayonunda aparılan təmir-tikinti işləri vətəndaşların hərəkətinin təhlükəsizliyinə zəmin yaratması ilə yanaşı, həm də sakinlərimizin sosial rifah halına müsbət təsir göstərir. Hazırda aparılan kompleks tədbirlər çərçivəsində, yaxın günlərdə şəhərin Natəvan küçəsində də asfaltlanma işlərinə başlanılacaq. 

(S.Behrəngi küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

Keçidlər