Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə daha bir Vətən müharibəsi şəhidinin adına bulaq açılıb

19 oktyabr 2021 | 16:00

Ötən gün İmişli şəhərində ll Vətən Müharibəsi şəhidi Cavadzadə Anar Tahir oğlunun adına bulaq açılıb. Açılış mərasimində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Milli Məclisin deputatı Razi Nurullayev, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti, məktəblilər, o cümlədən şəhər sakinləri iştirak ediblər.

Bulağın açılışından sonra RİH başçısı çıxış edərək bildirib ki, Vətənimizin müstəqilliyi, torpaqlarımızın azad olunması naminə gənclərimizin qəhrəmanlığı Azərbaycan xalqının böyüklüyünü, müdrikliyini göstərir. Əsrlər keçsə də, gələcək nəsillər onların əziz xatirələrini hər zaman böyük ehtiramla yad edəcəklər. İcra başçısı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gündə qazanılan tarixi qələbədən, xalq-ordu birliyindən də danışıb. Digər çıxış edənlər şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıblar. Mərasim zamanı şəhidin ailəsinə “Xocavəndin azad olunmasına görə” medalı təqdim edilib. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər. Daha sonra şəhidin evində yas mərasimi keçirilib.

Qeyd edək ki, 29 aprel 1990-cı ildə İmişli rayonunda dünyaya gələn Anar Cavadzadə 17 oktyabr 2020-ci ildə Hadrutun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb və rayonun Telişli kəndində torpağa tapşırılıb. Şəhid Anar Cavadzadə eyni zamanda “Vətən uğrunda” medalı ilə də təltif olunub.

Keçidlər