Şriftin ölçüsü :

Saytın rəngi :

1 oktyabr - Azərbaycan Respublikası prokurorluğu işçilərinin peşə bayramı günüdür

01 oktyabr 2021 | 16:00

Azərbaycan Prokurorluğunun kollektivi müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən, 1998-ci ildən etibarən hər il oktyabrın 1-də peşə bayramını geniş qeyd edir. Bu ilki bayram milli prokurorluq orqanlarının yaradılmasının 103-ci ildönümünə təsadüf edib.

Azərbaycan Prokurorluğunun demokratik məzmunda yeniləşməsi və fəaliyyətinin təkmilləşməsi işində ümummilli lider Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə 26 aprel 2000-ci il tarixdə keçirdiyi görüşün müstəsna əhəmiyyəti xüsusi qeyd edilməlidir. Məhz  həmin müşavirədən sonra dövlət başçısının tövsiyə və tapşırıqlarına müvafiq olaraq, məhkəmə-hüquq islahatları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində fəaliyyət üçün zəruri normativ-hüquqi bazanın yaradılması, «Prokurorluq haqqında» qanunda nəzərdə tutulmuş istiqamətlər üzrə işin müasir tələblər səviyyəsində səmərəliliyinin artırılması, dövlətçiliyə sadiq yeni kadr korpusunun formalaşdırılması, prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərin sosial müdafiəsinin dünya standartlarına müvafiq şəkildə gücləndirilməsi təmin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət  başçısı kimi fəaliyyəti dövründə bütün hüquq mühafizə, ədliyyə, məhkəmə və  xüsusi xidmət orqanları, o cümlədən prokurorluq öz inkişaflarının  məzmunca və keyfiyyətcə tamamilə yeni mərhələsinə qədəm qoymuş,  hərtərəfli dövlət qayğısı ilə əhatə olunan həmin təsisatların işinin müasirləşdirilməsi istiqamətində çox mühüm addımlar atılmışdır. Bu gün Dövlət başçısının dəstəyi ilə prokurorluqda yeni müstəvidə davam etdirilən müasir məzmunlu islahat tədbirlərinin nəticəsidir ki, Azərbaycan Prokurorluğu yeni tələblərə uyğun təkmilləşdirilmiş mütərəqqi normativ-hüquqi  bazası olan, yeni mütərəqqi iş prinsipləri və metodları əsasında fəaliyyət göstərən icra və  nəzarət mexanizmi yaradılmışdır. Azərbaycan Prokurorluğunun əməkdaşları qanunçuluğun, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsini təmin edir, cinayətkarlığa qarşı mübarizədə əzmkarlıq nümayiş etdirir və onların üzərinə düşən vəzifələri ləyaqətlə yerinə yetirirlər.

Bildiyiniz kimi, cəsarətini müzəffər Ali Baş Komandandan və mətin xalqımızdan alan rəşadətli Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində şəhidlərimizin canı, qazilərimizin qanı bahasına torpaqlarımızı işğaldan azad edərək Bayrağımızı Qarabağın zirvələrində ucaltdı. Hazırda hərbi qələbədən sonra savaş diplomatik və hüquqi müstəvidə davam edir. Bu müqəddəs savaşda Şanlı Qələbənin qazanılmasında prokurorluq orqanlarının xüsusi xidməti  var. Mənfur düşmənin Azərbaycana qarşı apardığı hərbi əməliyyatlarda və işğal dövründə əhaliyə və ərazilərimizə dəymiş ziyana görə, həmçinin beynəlxalq aləmdə Azərbaycanın haqq sözünü sübut etmək üçün bu gün Prokurorluq  orqanlarının üzərinə çox məsuliyyətli vəzifələr düşür.

İmişli Rayon İcra Hakimiyyətinin kollektivi adından 1 oktyabr  -  Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və möhtərəm Prеzidеntimiz cənаb İlhаm Əliyеvin rəhbərliyi аltındа fəаliyyətinizdə dаhа böyük nailiyyətlər аrzulаyırıq.

Keçidlər