Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə şəhid Nemət Cavadlının xatirəsinə ədəbi bədii kompozisiya formasında tədbir keçirilib

25 sentyabr 2021 | 16:00

Bu gün İmişli rayon Mədəniyyət Mərkəzində “Qarabağ” ordendli, II Vətən müharibəsi şəhidi XTQ-nin giziri Cavadlı Nemət Cavid oğlunun əziz xatirəsinə həsr olunmuş “Ən uca zirvədə” adlı ədəbi bədii kompozisiya formasında tədbir keçirilib. Tədbirdə İmişli rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilat rəhbərləri, şəhid valideyinləri və qazilər iştirak ediblər.

İlk öncə RİH başçısı çıxış edərək XTQ-nin giziri Nemət Cavadlının keçdiyi şərəfli həyat yolundan bəhs edərək qeyd edib ki, şəhidimiz döyüşlərdə mərdlik və igidlik göstərib və 31 oktyabr  2020- ci ildə Şuşa döyüşləri zamanı şəhid olub. Həmçinin şəhidlərimizin əziz xatirələrinin dövlətimiz tərəfindən daima uca tutulduğunu bildirib. Sonra tədbir Mədəniyyət və incəsənət işçilərinin ifasında davam etdirilib. Tədbir gedişatında şəhidimizin atası Cavid Cavadov və anası Afət Cavadova çıxış edərək övladları barədə xatirələrini bölüşüblər.

Sonda İmişli rayon Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi tərəfindən lentə alınmış “Qara Qartal” adlı sənədli film nümayiş olunub.

Keçidlər