İmişli şəhərinin H.Aslanov küçəsindəki abadlıq-quruculuq işləri başa çatdırılıb
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində İmişli rayonu ərazisində yol infrastrukturunun yenilənməsi prosesi davam etdirilir. Belə ki, İmişli şəhərinin H.Aslanov küçəsinin avtomobil yollarında yolayrıcı zolağın inşası tam başa çatdırılıb. Layihə üzrə görülən işlər yol elementlərinin tələb olunan ölçülərinin müvafiq normalarına uyğun nəzərə alınmaqla aparılıb və hərəkət zolaqlarının ölçüləri 3,0-3,5 metr olmaqla normativ qaydaların tələblərinə uyğun saxlanılıb. Bundan əlavə ayrıc zolağında müasir işıqlandırma sistemi quraşdırılıb və elektrik dirəklərində, eyni zamanda səki daşlarında rənglənmə işləri aparılıb.
Qeyd edək ki, İmişli rayonu ərazisindəki yol infrastrukturunda yenidənqurma işləri davam etdilir.