Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksi istifadəyə verilib

16 sentyabr 2021 | 16:00

İmişli rayonunda şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi üçün bulaq kompleksi inşa olunub. Yeni istifadəyə verilən bulağın açılış tədbiri keçirilib. Bulaq İmişli rayonunun Xoşçobanlı kəndində Vətən müharibəsi şəhidi Qurbanov Mayıl Mayis oğlunun xatirəsinə inşa edilib.

Açılış tədbirində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidin yaxınları, məktəblilər və kənd sakinləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan icra başçısı 44 günlük Zəfər yürüşündə qəhrəmanlıqla döyüşən qüdrətli Azərbaycan Ordusunun şücaətindən danışıb. Qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız yağı düşməndən azad edildi. Canını fəda edərək əsl qəhrəmanlıq göstərən şəhidlərimizin qanı ilə Azərbaycanın şanlı tarixi yazıldı. Tədbirdə digər çıxış edənlər torpaqlarımızın azad olunmasında zabit və əsgərlərimizin göstərdikləri əvəzsiz xidmətləri ilə qürur duyduqlarını söyləyiblər. Sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Qeyd edək ki, şəhidimiz Mayis Qurbanov Qubadlı istiqamətində gedən döyüşlərdə misilsiz qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə yüksəlib və ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılıln azad olunmasına görə” medalları ilə təltif olunub.

Keçidlər