Şriftin ölçüsü :

Saytın rəngi :

İmişli şəhərindəki piyada səkilərində yenidənqurma işləri aparılır.

13 sentyabr 2021 | 16:00

Son dövrdə İmişli şəhərinin küçə və məhəllələrində mütəmadi aparılan abadlıq işləri ətraf ərazinin estetik görünüşünün xeyli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Görülən işlərin davamı olaraq hazırda şəhərin şəhid Nəcməddin Savalanovun adını daşıyan küçəsindəki səkilərdə genişmiqyaslı təmir-bərpa işlərinə başlanılıb. Belə ki, layihə üzrə piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün səkilərə 2600 metr yeni səki daşlarının və 4550 kv.metr müasir döşəmə plitələrinin, eyni zamanda normativlərə uyğun əlil arabaları üçün pandusların düzəldilməsi nəzərdə tutulub.Həmçinin ərazidə yağış sularının axının tənzimlənməsi üçün su ötürücü kanalların da çəkilməsinə başlanılıb.

Hal-hazırda qeyd olunan ərazidə abadlıq-quruculuq işləri davam etdirilir.

Keçidlər