İmişli şəhərinin daha bir küçəsində asfaltlaşma işləri yekunlaşdırılıb
İmişlidə şəhərdaxili avtomobil yollarında aparılan əsaslı təmir işləri davam etdirilir. Belə ki, növbəti təmir işləri şəhərin uzun müddətdir əsaslı təmir olunmayan Alış Məmmədov küçəsində aparılıb. Avtomobil yolu uzunmüddətli intensiv hərəkət nəticəsində deformasiyaya uğradığından hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Bu səbəbdən layihəyə uyğun olaraq görülən işlər vaxtında yekunlaşdırılıb və ümumilikdə uzunluğu 750 metr olan yola 3000 kv.metr asfalt döşənərək sakinlərin istifadəsinə verilib.
Qeyd edək ki, aparılan yenidənqurma işləri sakinlərin gediş-gəlişini rahatlaşdırmaqla yanaşı, yük və sərnişin daşımanı da asanlaşdıracaq.
(A.Məmmədov küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)