Şriftin ölçüsü :

Saytın rəngi :

"Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası İmişli rayonunun Kürdmahmudlu kəndində baş tutub

08 sentyabr 2021 | 16:00

Ötən gün keçirilən aksiyada İmişli rayonunun Kürdmahmudlu kənd sakinləri problemlərini səsləndiriblər. "Açıq mikrofon" vasitəsilə problemlərini deyən sakinlərin əsas şikayətləri illərdir yaşadıqları ərazinin qazlaşdırılmaması ilə bağlı olub. Aksiyada həmçinin rayonun Telişli, Allahmədətli, Məmmədli, Əlyetməzli, Ağamalılar, Xəlfəli, Hacıalmuradlı və Qulubəyli kənd sakinləri də iştirak ediblər. Onlar da problemlərini səsləndirərək müvafiq yaşayış məntəqələrində mavi yanacağın olmaması ilə bağlı payız-qış mövsümündə sakinlər üçün əlavə çətinliklərin olduğunu bildiriblər. Sakinlərin müraciətləri nəzərə alınaraq "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qeydiyyata götürülmüşdür. 

Aksiayda bildirilib ki, 246 evdən ibarət Kürdmahmudlu kəndinin qazlaşdırılmasına yaxın günlərdə başlanılacaqdır və burada əsas məqsəd vətəndaşların məmnunluğuna maksimum dərəcədə nail olmaqdır.    Layihə üzrə ümumilikdə 37988 p/m daşıyıcı və paylayıcı qaz xətlərinin çəkilməsi, bunlardan  PE 225 mm-lik 9000 p/m, PE 160 mm-lik 3000 p/m, D219 mm-lik 366 p/m, D159 mm-lik 351 p/m daşıyıcı və d108 mm-lik 3898 p/m ,d76 mm-lik 5737 p/m, d57 mm-lik 15636 p/m paylayıcı qaz xətlərinin çəkilərək 246 qaz sayğacının quraşdırılması nəzərdə tutulmuşdur.

Keçidlər