Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə daha bir küçənin avtomobil yolları əsaslı təmir olundu

31 avqust 2021 | 16:00

İmişli şəhəri ərazisində avtomobil yollarının əsaslı təmiri istiqamətində görülən işlər davam etdirilir. Belə ki, şəhərin mərkəzi hissəsində yerləşən, uzun müddətdir baxımsız vəziyyətdə olan S.Vurğun küçəsinin avtomobil yollarına asfalt örtük qoyulub. Uzunluğu 1000 metrdən ibarət olan yola 5800 kv.metr asfalt döşənmişdir. Hazırda küçənin təhkim-mühafizə zolağında və yol birləşmələrində son tamamlanma işləri aparılır. Əsaslı şəkildə təmir aparılan S.Vurğun küçəsi sakinlərin əsas istifadə etdiyi yollardan olduğu üçün gediş-gəlişin rahatlaşmasına gətirib çıxarmışdır.

Bununla yanaşı hazırda şəhərin Aran, E.Hüseynov və A.Məmmədov küçələrinin avtomobil yollarında əsaslı təmir işləri ilə əlaqədar hazırlıqlara başlanılmış, küçələrə qum-çınqıl materialları tökülərək mexaniki hamarlama və bərkitmə işləri aparılmışdır.

Qeyd edək ki, İmişlinin şəhərdaxili avtomobil yollarında görülən bu işlər mərhələli şəkildə davam etdirilir.

(S.Vurğun küçəsinin əvvəlki və sonrakı vəziyyəti ilə bağlı fotoşəkilləri təqdim edirik)

 

 

Keçidlər