Şriftin ölçüsü :

Saytın rəngi :

İmişlidə abadlıq-quruculuq işləri davam etdirilir

27 iyul 2021 | 16:00

İmişli rayonu ərazisində yol infrastrukturunun yenilənməsi və müasirləşməsi prosesi davam etdirilir. Belə ki, İmişli şəhərinin H.Aslanov küçəsinin avtomobil yollarında yolayrıcı zolağın inşasına başlanılmışdır. Layihə üzrə görülən işlər yol elementlərinin tələb olunan ölçülərinin müvafiq normalarına uyğun nəzərə alınmaqla aparılır. Hərəkət zolaqlarının ölçüləri 3,0-3,5 metr olmaqla normativ qaydaların tələblərinə uyğun saxlanılmışdır. Bundan əlavə ayrıc zolağında müasir işıqlandırma sisteminin quraşdırılması işləri artıq başa çatmaq üzrədir.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən nəzarət altında aparılır.

Keçidlər