İmişli RİH-də “23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirilib
Bu gün İmişli Rayon İcra Hakimiyyətində “23 İyun – Dövlət qulluqçularının peşə bayramı günü” münasibətilə tədbir keçirilib. Tədbirdə RİH başçısı Elçin Rzayev, Aparatın əməkdaşları və RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak ediblər. İlk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər gül-çiçək dəstələri qoyularaq əziz xatirəsi sonsuz ehtiramla yad edilib.
Tədbiri giriş nitqi ilə açan Elçin Rzayev “23 iyun – Dövlət qulluqçularının peşə bayramı” münasibəti ilə bütün dövlət qulluqçularını təbrik edərək hər birinə bu şərəfli yolda uğurlar arzuladı. O qeyd etdi ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında Ümumilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması ölkə rəhbəri, möhtərəm prezidentimiz cənab İlham Əliyevin daima diqqətindədir. Sonra dövlət qulluğunda fərqlənən 8 nəfər dövlət qulluqçusu RİH başçısı tərəfindən “Fəxri Fərman”la təltif olunub. Tədbirin sonunda bir daha bayram münasibətilə rayonumuzun dövlət strukturlarında fəaliyyət göstərən bütün dövlət qulluqçuları təbrik edilib, onlara yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulanılıb.
Qeyd edək ki, tədbir pandemiya qaydalarına uyğun olaraq keçirilib.