15 İyun Azərbaycan xalqının Milli Qurtuluş günüdür
İmişlidə bu gün Milli Qurtuluş Günü münasibətilə rayonun Mədəniyyət mərkəzində tədbir keçirilib. Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, Kürdəmir Regional Mədəniyyət idarəsinin nümayəndələri, rayon ictimaiyyəti və sakinlər iştirak ediblər.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib, abidəsi önünə tər gül dəstələri qoyulub. Sonra Mədəniyyət mərkəzinin önündəki rəsm əsərləri və əl işlərindən ibarət sərgi ilə tanış olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan icra başçısı Elçin Rzayev cəmiyyətin bütün təbəqələrinin nümayəndələri tərəfindən müasir Azərbaycanda sabitliyin, iqtisadi inkişafın, sosial rifahın, milli həmrəyliyin əsasının qoyulduğu Qurtuluş Gününü fərəh və məmnunluq, həmçinin minnətdarlıq hissi ilə qeyd edildiyini bildirib. Ulu Öndər Heydər Əliyev tərəfindən qısa müddətdə siyasi sabitliyin bərqərar edilməsindən, dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasından və cəbhədə atəşkəsə nail olunmasından söz açan icra başçısı bu gün müasir müstəqil Azərbaycanın Ümummilli Liderin ideyaları əsasında uğurla inkişaf etməsindən danışıb. Tədbirin bədii hissəsində H.Əliyevin keçdiyi mənalı ömür yolunu əks etdirən tamaşa təqdim olunub. Tədbir zamanı həmçinin musiqilər də səsləndirilib və rəqs ifa edilib. Qurtuluş Günü münasibətilə hazırlanan bədii proqram iştirakçılar tərəfindən böyük maraqla izlənilib.
Qeyd edək ki, tədbir sanitar-epidemioloji qaydalara uyğun olaraq həyata keçirilib.